"Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb
2024-12-12 10:38:22
"Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə "APA-Economics" “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Qeyd edilib ki, qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.