📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dərnəgüldə obyekt yanır; polis əraziyə cəlb olundu - FOTO

2026-01-21 13:22:09

Dərnəgüldə obyekt yanır; polis əraziyə cəlb olundu - FOTO

Bakıda obyektdəki yanğınla əlaqəli polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Hurriyyet.org Avtosfer.az istinadla  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

Bundan başqa, yanğın səbəbindən metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.