📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dərsə gedən qızı maşın vurdu

2026-04-21 13:50:46

Dərsə gedən qızı maşın vurdu

Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az məlumat veürir ki, hadisə rayonun Xındırıstan kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini - 2009-cu il təvəllüdlü rayon sakini Günel Şirinli yolu keçərkən VAZ-2107 markalı avtomobillə vurulub. Yaralı xəstəxanaya çatdırılıb.

Məlumata görə, G.Şirinli Xındırıstan kənd orta məktəbinin 11-ci sinif şagirdidir və o, səhər saatlarında dərsə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.