📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dərslər onlayn keçiriləcək - Nazirlik məlumat yaydı

2026-09-22 18:52:43

Dərslər onlayn keçiriləcək - Nazirlik məlumat yaydı

“Formula 1” Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakıda 7 ümumi təhsil müəssisəsində tədris distant formada təşkil ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 22-27 sentyabr 2026-cı il tarixlərində məhdudlaşdırılması ilə əlaqədar qərar qəbul edilib. 

Belə ki, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi, Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi, Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, 160 nömrəli Klassik Gimnaziya, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar Gimnaziyada 22-26 sentyabr tarixlərində dərslər məsafədən keçiriləcək.