"Dəyanətin intiharı mənə inanılmaz və sarsıdıcı gəlir"
2022-12-05 21:27:00
İntihar edən rəqqas Dəyanət Məmmədov tanınmış müğənni Talıb Talenin dostu olub.
Bu barədə Talıb özü sosial şəbəkədə məlumat yayıb. Mərhum dostuyla fotolarını paylaşan sənətçi bu sözləri qeyd edib:
“Bu səhəri çox pis xəbərlə - Tanınmış, istedadlı rəqqas Dəyanətin intihar xəbəri ilə açdıq. Adı kimi özü də dəyanətli, fədakar, dostcanlı Dəyanətin intiharı mənə anlaşılmaz, inanılmaz və sarsıdıcı gəlir. Allah rəhmət eləsin”. \\Yenilik.az