📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Deyirlər ki, Ermənistanın bütün problemlərində Qarabağ günahkardır” - Abovyan

2022-12-10 15:40:00

“Deyirlər ki, Ermənistanın bütün problemlərində Qarabağ günahkardır” - Abovyan

“İndi baş verənlərin hamısı informasiya terrorunun əsasını təşkil edir”.

Hurriyyet.az xəbər verir ki, bunu siyasətçi Arman Abovyan “Ermənistanın gündəmi” mövzusunda müzakirə zamanı deyib.

O bildirib ki, hazırda Ermənistanda baş verənlərin hamısı informasiya terrorunun nəticəsidir.

“Artıq bir neçə ildir ki, erməni cəmiyyəti saxtakarlıqla qidalanır. Deyirlər ki, Ermənistanın bütün problemlərində Qarabağ günahkardır. Əslində, missiya yerinə yetirilib”, – deyə Abovyan bildirib.

Konkret.az