DGK əməkdaşı sərxoş halda qəza törədib? - Rəsmi
2021-12-23 13:00:00
Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşı olduğu deyilən şəxsin sərxoş halda qəza törətməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bildirib.
“Bu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin əməkdaşı Vəliyev Samir Bəhram oğlunun sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə qəza törətdiyi barədə məlumat yayılıb.
Diqqətinizə çatdırıram ki, Samir Bəhram oğlu Vəliyev adlı şəxs gömrük orqanlarında xidmət etmir və yayılan məlumatlar həqiqətə uyğun deyil”, - deyə Natiq Axundov qeyd edib.