DGK öz işində necə dönüş etməlidir? - RƏY
“Korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin olunması, eyni zamanda kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində görülən ardıcıl işlərin, siyasi iradənin şahidi oluruq. Ölkə başçısının bu gün həyata keçirdiyi siyasətin başlıca məqsədi iqtisadiyyatın inkişaf etdirilməsi, korrupsiyanın aradan qaldırılması, şəffaflığın təmin olunmasıdır".
Bakupost.az -a açıqlamasında millət vəkili Aydın Hüseynov belə deyib.
Onun sözlərinə görə, son vaxtlar korrupsiya, həbslər və kadr dəyişikliyi ilə diqqət mərkəzinə gələn Dövlət Gömrük Komitəsi öz işində müsbətə doğru dönüş etməlidir:

"Biz doğurdan da görürük ki, ilbəil bu kimi halların aradan qalxması nəticəsində dövlət büdccəsinin gəlirlərində xeyli müsbət nəticələr əldə olunub. DGK dövlət büdccəsinin gəlirlərinin formalaşmasında iştirak edən başlıca qurumlardan biridir. Bu sahədə korrupsiya elementləri, yaxud hansısa qaranlıq əməliyyatlar olacaqsa, bunun qarşısı dövlət tərəfindən çox ciddi şəkildə alınacaq. Təkcə bu sahədə deyil, bütün sahələrdə vəzifəli şəxslər qanunazidd hərəkətlər edəcək, korrupsiya yol verəcəklərsə, həbs olunacaqlar. Məqsəd odur ki, dövlət büdcəsi talanmasın, şəffaflıq təmin olunsun. Kim qanunu pozacaq, korrupsiyaya yol verəcək, ölkə prezidentinin tələblərini, tapşırıqlarını doğru-dürüst yerinə yetirməyəcəksə, təbii ki, belə həbslərlə üz-üzə qalacaq”.
BakuPost