Di Kaprio Qazaxıstan hökumətini təbrik etdi
2023-12-25 11:35:51
Hurriyyet.az xəbər verir ki, Holluvud aktyoru Leonardo Di Kaprio sayqakların (sayqak – antilop qrupuna mənsub, ceyrana oxşayan heyvan) mühafizəsi istiqamətində Qazaxıstan dövlətinin gördüyü işlərə heyran qalıb. Aktyor bununla əladar sosial şəbəkələrdə qazax hökumətini təbrik edib: “2005-ci ildə 48 min baş olan heyvan növünün sayı bu gün artıq vəhşi təbiətdə 1,9 milyon başa çatıb. Qanunsuz ovçuluqla mübarizəyə, qanunun bərqərar olmasına və yeni qoruqların yaradılmasına böyük vəsait sərf edən Qazaxıstan hökumətini təbrik edirik”.
Hürr Tərcüman
