📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dializ xəstəsinin xəstəxanada virusa yoluxduğu iddia olunur - VİDEO

2026-08-23 12:19:35

Dializ xəstəsinin xəstəxanada virusa yoluxduğu iddia olunur - VİDEO

Böyrək xəstəsi olan 17 yaşlı şəxs xəstəxanada virusa yoluxub.

Hurriyyet.media  məlumatına görə, paytaxtın Suraxanı rayon sakini Təranə Məmmədova iddia edir ki, oğlu İsmayıl Ağamalıyev Sabunçu Tibb Mərkəzinin Dializ şöbəsində virusa yoluxub.

Onun sözlərinə görə, oğluna 2022-ci ildə böyrək köçürülsə də əməliyyat uğursuz olub, hazırda oğlu iki ildir ki, dializə qoşulur.

Valideyn iddia edir ki, dializ aparatına qoşulduqdan sonra oğlunun temperaturu yüksəlib, ürəkbulanma və titrəmə başlayıb. Həmçinin digər dializə qoşulan xəstələrdə də eyni hal yaşanıb. Xəstəxanada İsmayıl Ağamaliyevə tibbi müdaxilə olunub.

Xəstəxananın özündə bütün analizləri verən valideyn deyir ki, oğlunun səhhəti onsuz da risk altındadır.

“İndi narahatıq və qorxuruq ki, bu hal yenidən təkrarlanar”, - deyə bildirilir.

Sabunçu Tibb Mərkəzindən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ ciddi araşdırılacaq və ailənin iddiaları cavablandırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.