Diaspora rəhbərimiz Rusiyadan deportasiya edildi
2026-08-17 14:31:46
Moskvadakı Azərbaycan icmasının rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.
Hurriyyet.Media bu barədə Rusiya mediasına istinadən bildirir.
Məlumata görə, diaspora rəhbərinin Rusiya pasportu ötən il ləğv edilib. 2026-cı ilin iyununda isə B.Həsənov hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantlar üçün müvəqqəti saxlama mərkəzinə yerləşdirilib.
Rusiyada Azərbaycanın diaspor rəhbərlərinə qarşı buna bənzər sərt qərarlar əvvəllər də verilib.