Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video
2026-08-13 12:24:13
Əsirlikdən azad olunan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının ona xəsarət yetirdiyini iddia edir.
Hurriyyet.Media xəbər verir ki, Kürdoğlu Əsgərov Gencexeber.az-a müraciətində hadisənin Şəmkir rayonunun Çinarlı kəndində baş verdiyini bildirib.
K.Əsgərovun sözlərinə görə, atası onun yaşadığı evə gələrək mülk məsələsinə görə 15 min manat pul tələb edib. Daha sonra isə avtomobilində olan dəmir parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək xəsarət yetirib.
O əlavə edib ki, hadisədən əvvəl avtomobilində atasının yazdığı bir qeyd də tapıb. Qeyddə ayın sonuna qədər 13 min manat pul tələb edildiyi yazılıb.