📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO

2026-10-09 16:34:34

DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO

Dövlət İmtahan Mərkəzinin (DİM) Maliyyə departamentinin İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri dəyişib.

Hurriyyet.net  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə  Abbaszadə müvafiq əmr imzalayıb.

Belə ki, Elşən Cabbarov İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri vəzifəsindən ayrılıb, onun yerinə isə Vəfa Hüseynova təyin olunub. V.Hüseynova bu təyinata qədər Maliyyə departamentinin Mühasibatlıq sektorunun müdiri - Baş mühasib vəzifəsində çalışıb. Həmin sektorun müdiri - Baş mühasib vəzifəsinə isə Simuzər Umbayeva təyinat alıb.

Qeyd edək ki, E.Cabbarov SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Büdcə və planlaşdırma şöbəsinin rəhbəri təyin edilib.

Fotoda Elşən Cabbarov