📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİM-in sələfi TQDK-ya kimlər rəhbərlik edib?

2026-11-19 16:30:52

DİM-in sələfi TQDK-ya kimlər rəhbərlik edib?

Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin olunması qurumun əvvəlki rəhbərlərini də gündəmə gətirib.

Modern.az xəbər verir ki, 1992-ci ildə yaradılan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı ildən Dövlət İmtahan Mərkəzi (DİM) adı ilə fəaliyyət göstərir.

Bu illər ərzində quruma rəhbərlik etmiş şəxslərin adlarını və vəzifədə olduqları tarixləri təqdim edirik.

1563843

Vurğun Əyyub (1992–1993)

TQDK-nın ilk sədri Vurğun Əyyub olub. O, 21 iyul 1992-ci ildə bu vəzifəyə təyin edilib və 30 iyul 1993-cü ilədək komissiyaya rəhbərlik edib. Vurğun Əyyub 2019-cu il sentyabrın 24-də vəfat edib.

1563844

Kamran İmanov (1993–1995)

Vurğun Əyyubdan sonra TQDK sədri vəzifəsinə Kamran İmanov təyin olunub. O, 30 iyul 1993-cü ildən 15 yanvar 1995-ci ilədək bu vəzifədə çalışıb. Sonrakı illərdə Müəllif Hüquqları Agentliyinə rəhbərlik edib. Hazırda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir.

Faiq Nağıyev (1995–1996)

Kamran İmanovdan sonra, 17 iyun 1995-ci ildə Faiq Nağıyev TQDK-nın sədri təyin edilib. O, 9 iyun 1996-cı ilədək komissiyaya rəhbərlik edib.

1563846

Məleykə Abbaszadə (2000–2026)

Məleykə Abbaszadə 1994-cü ildə TQDK sədrinin birinci müavini vəzifəsinə təyin olunub. 1995–1996-cı və 1996–2000-ci illərdə sədr vəzifəsini müvəqqəti icra edib. 5 oktyabr 2000-ci ildə isə rəsmən TQDK-nın sədri təyin olunub.

O, 2016-cı ilədək komissiyaya rəhbərlik edib. Həmin il aprelin 12-də yeni yaradılan Dövlət İmtahan Mərkəzinin sədri təyin olunub.

23 iyul 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə DİM-in İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

19 noyabr 2026-cı ildə isə Məleykə Abbaszadə DİM-in İdarə Heyətinin sədri vəzifəsindən azad olunaraq Bakı Dövlət Universitetinin rektoru təyin edilib.