📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİM sədri Azərbaycanda bütün şagirdlərin testdən keçməsini təklif etdi

2024-12-19 22:18:28

DİM sədri Azərbaycanda bütün şagirdlərin testdən keçməsini təklif etdi

“Dövlət İmtahan Mərkəzinin saytında müvafiq keçid var və biz müraciət edənlərə psixometrik testlərlə hansı sahədə özünü inkişaf etdirəcəyini müəyyənləşdirib məsləhətlər veririk”.

Hurriyyet.Az apa-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Karyera İnkişaf Forumunda DİM sədri Məleykə Abbaszadə deyib.

“Hələ ki bu testləri 14-15 yaşlı uşaqlar üçün individual qaydada keçiririk. Amma bu gün DİM-də məktəb direktorları ilə görüş var. Təklif edəcəyik ki, direktorlar müraciət etsin, bütün şagirdlərin bu testlərdən keçirilməsini təmin edək”, – o vurğulayıb.

Məleykə Abbaszadə qeyd edib ki, bu, tam elmi əsasları olan alətdir, bu testlər yerli mütəxəssislər tərəfindən hazırlanıb: “Geniş auditoriyada tətbiqi və internet üzərindən keçirilməsi üçün də işlər aparırıq”.

Məleykə Abbaszadə deyib ki, bu testlər gənclərin kor-koranə ixtisas seçimi etməsinin qarşısını alacaq.