📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİN Bəxtiyar Hacıyevə qadağanı götürdü

2022-05-19 10:50:00

DİN Bəxtiyar Hacıyevə qadağanı götürdü

İctimai fəal Bəxtiyar Hacıyevin Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qoyulan qadağa aradan götürülüb.

Hurriyyet.az xəbər verir ki, B.Hacıyev bu barədə Feysbukda qeyd edib.

B.Hacıyev yazıb ki, bu gün xaricə getmək istəyərkən hava limanında ona ölkədən çıxışının qadağan olunduğu bildirilib. Qısa araşdırmalardan sonra isə bəlli olub ki, ötən il bir işdə şahid olduğuna görə ölkədən çıxışına məhdudiyyət tətbiq edilib.

Qısa müddətdə B.Hacıyevə qoyulan qadağa aradan qaldırılıb.