📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİN-dən hərbçimizin ölümü ilə bağlı açıqlama

2022-08-27 13:05:00

DİN-dən hərbçimizin ölümü ilə bağlı açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun yol qəzasında ölümü ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Hurriyyet.az-a bildirilib ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Araşdırma aparılır.