📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİN-dən Səbuhi Xanlarovun "tiktok"da dediyi bu sözlərlə bağlı AÇIQLAMA

2021-12-21 20:08:00

DİN-dən Səbuhi Xanlarovun

Aktyor Səbuhi Xanlarov "Tik-Tok" da "Azinforum"un canlı bağlantısı zamanı maraqlı fikir bildirib.

 

O, 2000-2008-ci illərdə polis işlədiyini, ehtiyatda olan polis baş-leytenantı olduğunu, DİN-dən təqaüd aldığını, hətta 15-16 oktyabr hadisələrində xidmət etdiyini bildirib. Azxeber.com məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxlayıb.

 

E.Zahidov açıqlamasında DİN-in belə bir əməkdaşının olmadığını bildirib: "Səbuhi Xanlarov adlı adam Daxili İşlər Nazirliyində işləməyib. Hazırda DİN-in Səbuhi Xanlarov adlı təqaüdçüsü yoxdur".