📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİN-dən Tahir Kərimlinin ölümlə hədələnməsinə reaksiya

2022-02-17 11:15:00

DİN-dən Tahir Kərimlinin ölümlə hədələnməsinə reaksiya

Ötən gün sosial şəbəkələrdə deputat Tahir Kərimlinin videosu yayılıb. Videogörüntülərdə parlamentari ölümlə hədələndiyini bildirib.

“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən. 

Mən təkcə 10 milyon deyiləm, qüdrətli dövlətlər qurmuş və gələcəkdə də qüdrətli dövlətlər quracaq 50 milyondan böyük bir millətin nümayəndəsiyəm", - deputat məlum videoda bu sözləri deyib.

Modern.az saytı deputatın ölümlə hədələnməsi ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənib. 

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, daxili işlər orqanlarına deputat Tahir Kərimli tərəfindən ölümlə hədələndiyi barədə hər hansı şikayət daxil olmayıb.

Qeyd edək ki, deputat Tahir Kərimlinin özü ilə əlaqə saxlamağa çalışsaq da, o telefon zənglərinə cavab verməyib.