DİN-dən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA
2022-09-30 12:48:00
Daxili İşlər Nazirliyi (DİN) Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılması ilə bağlı açıqlama yayıb.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Tpfiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb.
DİN rəsmisinin sözlərinə görə, hazırda müvafiq araşdırma aparılır:
"Araşdırma başa çatan kimi sərbəst buraxılacaq".