📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİN-dən Tofiq Yaqubluya XƏBƏRDARLIQ

2022-07-08 11:45:00

DİN-dən Tofiq Yaqubluya XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyinin mətbuat xidməti iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

Hurriyyet.az bildirir ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir. Ona görə də belə bir cəhd olarsa, onun qarşısı alınacaq. Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək.

Qeyd edək ki, ötən gün Milli Şuranın üzvü Tofiq Yaqublu quru sərhədlərin açılması şüarı ilə iyulun 13-də Nazirlər Kabinetinin önündə piket keçiriəcəyini açıqlayıb.Lent.az