📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsi Elşad Hacıyevə tapşırıldı

2023-07-11 13:10:00

DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsi Elşad Hacıyevə tapşırıldı

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsini Elşad Hacıyev icra edəcək.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN Mətbuat xidmətinin şöbə rəisi vəzifəsini tutur. O, daha əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri olub.