DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "HURRİYYƏT" qəzetinin sorğusuna CAVAB
2022-12-06 19:45:00
2020-ci ilin oktyabr ayında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Hacıqabul rayon sakini Şahmar Əhmədov saxlanılıb.
Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan külli miqdarda narkotik vasitə aşkarlanıb.
Həmin şəxs barəsində cinayət işi başlanılıb və Ş.Əhmədov cinayət məsuliyyətinə cəlb olunub.
Ş.Əhmədovun Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları barədə qeyd etdiyi iddialar isə həqiqətdən uzaq və böhtan xarakterlidir.
Nizam Həmidov
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı
Hurriyyet.Az