📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİN məlumat yaydı

2024-04-30 10:22:37

DİN məlumat yaydı

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 qumbara, 30 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 729 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Keçirilən digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 5 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.