📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİN partlayışla bağlı MƏLUMAT YAYDI

2025-06-27 00:15:23

DİN partlayışla bağlı MƏLUMAT YAYDI

Hurriyyet.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi Cəfər Cabbarlı adına kinostudiyanın həyətində baş verən yanğınla bağlı açıqlama yayıb.

DİN-in məlumatına görə, baş vermiş hadisə nəticəsində vətəndaşlardan xəsarət alan olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanları da cəlb olunub və təhlükəsizlik tədbirləri görülür.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi yanğının artıq məhdudlaşdırıldığını bildirib. Ərazi üzrə araşdırmalar davam etdirilir.