DİN pişiyə işgəncə verən şəxslə bağlı araşdırma başlatdı - VİDEO
2022-10-06 11:35:00
Ötən gün sosial şəbəkələrdə pişiyə işgəncə verən şəxsin görüntüləri yayılıb. Şəxs pişiyi maşının arasında sıxaraq, təpikləyib.
Hurriyyet.az-ın məlumatına görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi cavab verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlum videodan xəbərdar olduqlarını deyib:
“Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır”.