📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİN rəhbərliyi İmişlidəki qəzada zərərçəkənləri qəbul etdi

2025-01-22 09:18:44

DİN rəhbərliyi İmişlidəki qəzada zərərçəkənləri qəbul etdi

Yanvarın 18-də İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən qəbul edilib.

DİN-in Mətbuat Xidmətindən Hurriyyet.az-a bildirilib ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar – görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.

Vurğulanıb ki, DİN tərəfindən hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır.

Görüşdə zərərçəkənləri maraqlandıran suallar cavablandırılıb.