DİN Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbini açıqlayıb - YENİLƏNİB
Avqustun 2-də gecə saat 1 radələrində Sumqayıt şəhəri ərazisində 1975-ci il təvəllüdlü Sabit İsmayılovun kəsici-deşici alətlə qardaşı 1972-ci il təvəllüdlü Ədalət İsmayılova yüngül bədən xəsarətləri yetirməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Sərxoş vəziyyətdə olan tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır. \\ Report
16:52
Sumqayıtda qardaş qardaşı bıçaqlamaqda şübhəli bilinir.
Hadisə 10-cu mikrorayonda qeydə alınıb.
Məlumata görə, şəhər sakini, 1975-ci il təvəllüdlü İsmayılov Sabit Məmməd oğlu aralarında baş vermiş münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü İsmayılov Ədalət Məmməd oğlunu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır. \\Report