DİN təkzib etdi: Sultan Dadaşov həbs edilməyib
2022-04-26 13:11:00
Bakıda motosikletçini döyən "Leksus" markalı avtomobilin sürücüsünün saxlanılması və məhkəmə qərarı ilə 25 sutka müddətinə həbs edilməsi xəbəri doğru deyil.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
N.Əliyev qeyd edib ki, yayılan məlumatlar rəsmi deyil.