📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİN və DTX əməliyyat keçirdi

2022-02-26 17:28:00

DİN və DTX əməliyyat keçirdi

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon şöbəsi əməkdaşları birgə əməliyyat keçirib, saxlanılanlar var.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhər sakinləri - Q.Əzizli və əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılıblar.

Onlardan 15 kiloqram 900 qram heroin və 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Modern.az