📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİN vətəndaşlara çağırış etdi

2025-04-11 22:18:44

DİN vətəndaşlara çağırış etdi

Bu gün vətəndaşların bank kartlarından 10725 manat kiber üsulla oğurlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev paylaşım edib.

O, qeyd edib ki, bu gün 7450, 1650, 900, 445, 102, 70, 62, 46 manat pul vətəndaşların bank kartlarından kiber üsulla oğurlanıb:

“Pullar ona görə oğurlanıb ki, məxfilik daşıyan, şəxsi məlumatları naməlum şəxslər aldadıb alıblar. Cinayətkar üçün məbləğin fərqi yoxdur, hesabda nə varsa, talayır. Bir daha xatırladırıq: naməlum şəxslərlə bank kartları ilə əlaqəli olan danışıq aparmayın, yazışmayın və bloklayın”.