📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Din xadimi Saakaşvili və aclıq keçirən deputatlara xeyir-dua verib

2021-11-17 22:38:00

Din xadimi Saakaşvili və aclıq keçirən deputatlara xeyir-dua verib

Din xadimi Dekanoz İliya Çiqladze həbsdə aclıq aksiyası keçirən Mixail Saakaşvilini, aclıq aksiyası keçirən millət vəkillərini və fəalları dəstəklədiyini bildirir. Azerforum.com xəbər verir ki, o, bu barədə xüsusi videomüraciətində bəyan edib. O hazırki siyasi döyüşün təkcə Mixail Saakaşvilinin deyil, eləcə də Gürcüstan uğrunda mübarizə olduğunu vurğulayıb. Din xadimi aclıq aksiyalarının tezliklə bitəcəyinə ümid edir. O Saakaşviliyə, aclıq aksiyası keçirən deputatlara və fəallara xeyir-dua verib, üçüncü prezidentin həbsdən azad olunmasını arzulayıb. \\Azerforum.com