📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

2024-05-18 09:12:36

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı nazirliyin yaydığı xəbərdarlıqda deyilir.

Qeyd olunur ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə bu məlumatları bilmək vacibdir: “Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir. Həmçinin siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır.

Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycanda yerləşirsə mütləq ora rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycanın Elm və Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”.

 

“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, - xəbərdarlıqda qeyd olunur.