“Dinamo”nun əsas müdafiəçisi beyin silkələnməsi keçirdi - “Qarabağ”a qarşı oynamayacaq
2026-08-13 15:11:17
Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Kiyev “Dinamo”su ciddi itki ilə üzləşib.
Hurriyyet.Media xəbər verir ki, komandanın əsas müdafiəçilərindən olan Tomaş Kendzyöra zədələnib.
O, məşqlərin birində beyin silkələnməsi keçirib. Futbolçu komanda ilə birlikdə Bakıya gəlməyib.
Qeyd edək ki, “Qarabağ” – “Dinamo” (Kiyev) qarşılaşması bu gün saat 20:00-da başlayacaq.