📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmağa çalışırlar”

2026-09-23 13:12:39

“Dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmağa çalışırlar”

“Sanki kimlərsə dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmağa çalışır”. 

Hurriyyet.media  xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Sosial mediada bir sıra şəxslər tərəfindən davamlı olaraq islam dininin gözdən salınmasına yönəlmiş təbliğat aparılmasının şahidi oluruq. Bu cür təbliğatın aparılmasının qarşısını qəti şəkildə almaq lazımdır. Davamlı olaraq islam dəyərlərinə hücum edilməsi yolverilməzdir.

Məni narahat edən əsas məsələlərdən biri prosesin kor-koranə getməsidir. Azərbaycanın ənənəvi dini xəritəsi dəyişir. Bir sıra hallarda radikalizm meyillərini müşahidə edirik. Son həbslər bunu bir daha göstərir. Ciddi maarifləndirmə və təbliğat işlərinə ehtiyac var.
Bu gün sosial mediada gedən müzakirələr təhlükəli tendensiyadır. Biz cəmiyyətdə birgəyaşayışı təmin etməliyik. Azərbaycan dünyəvi dövlətdir”, - deputat qeyd edib.