📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Diplomatiyamızın və diasporumuzun fəallaşmasına ehtiyac var" - ELXAN ŞAHİNOĞLU

2024-01-11 14:51:07

"Ermənistan və bu ölkənin havadarları Azərbaycana qarşı informasiya savaşını genişləndiriblər"

"Diplomatiyamızın və diasporumuzun fəallaşmasına ehtiyac var. Azərbaycan prezidenti İlham Əliyevin televiziya kanallarına verdiyi müsahibədə əsas tezislərdən biri də “tənbəlləşmək olmaz” idi". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Ermənistan və bu ölkənin havadarları Azərbaycana qarşı informasiya savaşını genişləndiriblər: "Misal üçün Parisin mərkəzində “Dağlıq Qarabağda erməni irsi təhlükə altındadır” şüarı altında sərgi keçirilir. Sərginin təşkilatçıları arasında Paris meriyası da var. Biz nəyi gözləyirik? Tutaq ki, ermənipərəst Parisdə Qarabağda dağıdılan məscidlərlə bağlı sərgi keçirmək çətindir, axı Avropada bizə dost dövlər də var, orada niyə sərgi keçirməyək? Bu arada, Ermənistanda səfərdə olan Yunanıstatın xarici işlər naziri deyib ki, Afina “Dağlıq Qarabada erməni irsinin qorunması üçün Avropa İttifaqında və YUNESCO təşkilatında təşəbbüslərlə çıxış edəcək”. Yunanıstana öz vətəndaşlarını bu soyuq qışda evlərini Azərbaycan qazı ilə qızdırmalarıyla bağlı xatırlatmanın vaxtı deyilmi?"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az