📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİQQƏT! Azərbaycanda bu məhsullar BAHALAŞDI

2022-04-14 09:40:00

DİQQƏT! Azərbaycanda bu məhsullar BAHALAŞDI

Tələbatın yüksək olduğu quş əti məhsullarında bahalaşma müşahidə edilir.

Hurriyyet.az xəbər verir ki, satıcılar bahalaşmanın səbəbini sözügedən məhsulları gətirən firmaların təyin etdiyi qiymətlərlə əlaqəndirirlər.

Azərbaycan quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiasiyasının rəhbəri Mürvət Həsənli "Xəzər Xəbər"ə açıqlamasında bahalaşmaya yem və pərakəndə satış obyektləri ilə firmalar arasında yaranan problemlərin səbəb olduğunu vurğulayıb.

Mürvət Həsənli onu da bildirdi ki, yemin bahalaşması daha çox Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədardır. Buna görə hər iki ölkə ixraca müəyyən məhdudiyyətlər qoyub. Hətta Argentina da soya satışına limit tətbiq edib.