📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİQQƏT! Azərbaycanda bu şəxslər 5 min manat cərimə ediləcək - Bu gündən...

2022-01-01 09:45:00

DİQQƏT! Azərbaycanda bu şəxslər 5 min manat cərimə ediləcək - Bu gündən...

Bu gündən Azərbaycanda qumar oynayanlar 5 min manat cərimə ediləcək.

Hurriyyet.az xəbər verir ki, bu, yanvarın 1-dən qüvvəyə minən İnzibati Xətalar Məcəlləsində dəyişikliklərdə əksini tapıb.

Belə ki, qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.