📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİQQƏT! Bakının bu ərazilərində 2 gün SU OLMAYACAQ

2024-08-19 09:30:49

DİQQƏT! Bakının bu ərazilərində 2 gün SU OLMAYACAQ

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi məlumatında deyilir.

Avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır. Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.