Diqqət: bəzi yollar buz bağlayacaq
2022-02-05 15:37:00
Fevralın 6-nda ölkənin bəzi avtomobil yolları buz bağlayacaq. Bu bardə Milli Hidrometeorologiya Xidmətindən xəbərdarlıq edilib.
Bildirilir ki, fevral ayının 6-da gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Göyçay-Ucar, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 500-800 metrədək məhdudlaşacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
virtualaz.org