DİQQƏT! Bu qəsəbələrdə QAZ OLMAYACAQ
2026-08-11 11:27:34
Bu gün Binə və Nardaran qəsəbələrinin bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə Hurriyyet.Media "Azəriqaz"a istinadən xəbər verir.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar 11.08.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə. İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə. Tağıyev, M. İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.