📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİQQƏT! Bu yolda hərəkəti tam məhdudlaşdırılacaq

2024-09-04 11:08:57

DİQQƏT! Bu yolda hərəkəti tam məhdudlaşdırılacaq

Sentyabrın 6-da saat 06:00-dan etibarən Bakının 8 Noyabr prospektində (Ramiz Quliyev küçəsindən Zığ dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Hurriyyet.az xəbər verir ki, Musavat.com bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur",- deyə məlumatda qeyd edilib.