📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİQQƏT! Martın 4-ü ilə bağlı xəbərdarlıq edildi

2025-03-03 19:09:44

DİQQƏT! Martın 4-ü ilə bağlı xəbərdarlıq edildi

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Hurriyyet.Az  xəbər verir ki, xəbərdarlıqda deyilir:

"Dumanlı havada yollarda yaranan məhdudiyyətli görünmənin texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını, eləcə də bir sıra dağlıq və dağətəyi bölgələrdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalını nəzərə alaraq, sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur".

Sinoptiklərin məlumatına görə, martın 4-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq, avtomagistrallarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşması gözlənilir.