📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİQQƏT! Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

2026-08-09 18:52:23

DİQQƏT! Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti avqustun 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edib.

Bu barədə Hurriyyet.Media Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Qusarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.