Direktor 6000, texniki işçi 500 manat maaş alacaq - TƏSDİQLƏNDİ
Nazirlər Kabineti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında” qərar verib.
Modern.az xəbər verir ki, qərara əsasən, İnstitutun strukturuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun aparatı (şöbələr və sektorlar), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun “Təlimlərin Təşkili və İnnovasiyalar Mərkəzi” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun “Laboratoriya və Təcrübə Mərkəzi” daxildir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin say həddi 435 ştat vahidi olmaqla təsdiq edilib.
Eyni zamanda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiqlənib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər)
|
Sıra №-si |
Vəzifələrin adı |
Aylıq vəzifə maaşı (manatla) |
|
1. |
Direktor |
6000 |
|
2. |
Direktor müavini, direktor müavini-baş mühəndis |
5000 |
|
3. |
Mərkəz müdiri |
4200 |
|
4. |
Şöbə müdiri |
4000 |
|
5. |
Mərkəz müdirinin müavini |
3400 |
|
6. |
Şöbə müdirinin müavini |
3300 |
|
7. |
Sahə rəisi |
2900 |
|
8. |
Sektor müdiri, sektor müdiri-baş mühasib |
2700 |
|
9. |
Direktorun köməkçisi |
2600 |
|
10. |
Elmi katib |
2300 |
|
11. |
Baş məsləhətçi, baş elmi işçi |
2100 |
|
12. |
Baş aqronom, baş mexanik |
2000 |
|
13. |
Aparıcı məsləhətçi, aparici iqtisadçı, aparici elmi işçi |
1800 |
|
14. |
Böyük mühəndis, böyük məsləhətçi, böyük elmi işçi |
1600 |
|
15. |
Mühəndis, məsləhətçi, elmi işçi, texnoloq-analtik |
1400 |
|
16. |
Kiçik elmi işçi, böyük laborant |
1200 |
|
17. |
Anbar təsərrüfatının rəhbəri |
910 |
|
18. |
Anbardar |
890 |
|
19. |
Laborant, kompüter operatoru, dispetçer |
700 |
|
20. |
Elektrik, sürücü |
600 |
|
21. |
Texniki işçi (qazanxana operatoru, fəhlə, xadimə, bağban, gözətçi) |
500 |
Qeyd. İnstitutun işçilərinin vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər göstərdiyi xidmətlərdən əldə edilən gəlir hesabına verilir.