Direktoru döyən deputat oğlu HƏBS OLUNDU
2022-04-18 20:57:00
Ermənistan parlamentinin hakim partiyadan olan deputatının oğlu davaya görə saxlanılıb.
Bu barədə “shamshyan.com” kriminal xronikası saytı yazır.
Bildirilib ki, Sergey Baqratyanın oğlu, 27 yaşlı Şant Baqratyan Vayots Dzorda yanacaqdoldurma məntəqəsinin 45 yaşlı direktorunu döyməkdə şübhəli bilinərək saxlanılıb.
Qeyd edilib ki, o, aprelin əvvəlindən axtarışdadır və istintaq onun 2 ay müddətinə həbs olunmasında israrlıdır. \\Bizim.Media