📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Diş plombunda zəhər! Avropa İttifaqında qadağan edilib

2024-06-25 10:00:30

Diş plombunda zəhər! Avropa İttifaqında qadağan edilib

"Haber Qlobal" nəşrinin yazdığına görə, amalqam plombların qoyulması 2025-ci il yanvarın 1-dən etibarən Avropa İttifaqı ölkələrində qadağan ediləcək.
Bəzən "gümüş plomb" adlandırılan amalqamın tərkibində 50%-ə yaxın civə, gümüş, mis və qalay var. 
Mütəxəssislərin açıqlamasına görə, toksik maddə olan civə ağızda qaldığı müddətdə daima civə buxarı yaradır. Civə buxarının beyinə, ağciyərlərə, böyrəklərə və immun sisteminə zərərli olduğu bildirilir.
Avropa İttifaqındakı mövcud qanunlara görə, hazırda hamilə və südverən qadınlara, 15 yaşdan aşağı uşaqlara amalqam plombun qoyulması qadağandır.
Hürr Tərcüman