📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Disney” Atatürkə aid serial çəkir - Ermənilər etiraz edir

2023-07-03 17:46:00

“Disney” Atatürkə aid serial çəkir - Ermənilər etiraz edir

Ermənilərin, xüsusilə də xaricdəki erməni diasporunun Türkiyəyə və türklərə qarşı düşmənçiliyi özünü absurd bəyanat və çağırışlarda əks etdirir.

Hurriyyet.az xəbər verir ki, ABŞ-dakı erməniləri təmsil edən Amerika erməni milli komitəsi (ANCA) “Disney” şirkətinə müraciət ünvanlayıb. Müraciətdə şirkətdən Mustafa Kamal Atatürk barədə çəkdiyi serialın nümayişini təxirə salması tələb olunur.

Məsələ ondadır ki, “Disney” Atatürk barədə serial çəkib və onu oktyabrın 29-da, Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyində nümayiş etdirməyə hazırlaşır. Ermənilər isə bunun əleyhinədir və bu mövqelərini onunla izah edirlər ki, guya Atatürk hakimiyyəti dövründə erməniləri, yunanları və digər xristianları məhv edib.

“Disney” şirkəti ermənilərin bu saxta müraciətinə cavab verməyib və serialın əvvəlcədən planlaşdırıldığı vaxtda nümayiş olunacağı bildirilir.

AzPolitika.info