Distant təhsil ləğv edildi - QƏRAR
2021-09-22 19:41:00
Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyyən edilib.
Bu, Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliklərə verdiyi izahda bildirilib.
Qeyd edilib ki, təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması ləğv edilib. \\Redaktor