Dmanisidə zəlzələ olub
2023-03-01 17:12:00
Hurriyyet.az xəbər verir ki, Gürcüstanda 4,2 bal gücündə zəlzələ olub. Bu barədə məlumat ölkənin Seysmik Monitorinq Mərkəzinin saytında yerləşdirilib.
Zəlzələnin ocağı Tbilisidən 62 km məsafədə - Dmanisi şəhərində olub. Dağıntı və tələfat barəsində məlumat yoxdur. Təkanlar Tbilisinin bir neçə rayonunda hiss edilib.
Hürr Tərcüman